Zelenski Rusiyaya Milad bayramınadək işğalçı qoşunlarını ölkə ərazisindən çıxarmağı təklif etdi

2022-12-13 00:25:00

Zelenski Rusiyaya Milad bayramınadək işğalçı qoşunlarını ölkə ərazisindən çıxarmağı təklif etdi

Prezident Volodimir Zelenski Rusiyanı Milad bayramında işğalçı qoşunlarını Ukraynadan çıxarmağa dəvət edibPrezident bildirib ki, bununla Moskva öz səmimi niyyətini göstərmiş olar.

Hurriyyet.Az-ın Ukrayna mətbuatına istinadla məlumatına görə,  bu barədə dövlət başçısı G7 ölkələrinin liderləri qarşısındakı çıxışında danışıb.

"Rusiya öz qoşunlarını Ukraynadan çıxarsa, bu, hərbi əməliyyatların birdəfəlik dayandırılmasını da təmin edəcək. Ümidvaram, bizim çağırışımızı dəstəkləyəcəksiniz, çünki bu, qlobal maraqdır və bizim sülh düsturumuzun bir hissəsidir. Mən Rusiyanın bunu məhz indi, Milad bayramında etməsi üçün heç bir əngəl görmürəm. Moskvadan gələn cavab onların əslində nə istədiklərini göstərəcək”, - deyə dövlət başçısı vurğulayıb.

Bundan əlavə, Zelenski xüsusi sammitin - Global Peace Formula Sammit-in çağırılmasını təklif edib.

"Mən Ukrayna sülh formulunun bəndlərini necə və nə vaxt həyata keçirə biləcəyimizi müəyyən etmək üçün xüsusi sammit - Global Peace Formula Summit-i çağırmağı təklif edirəm. Sizə və digər vicdanlı dövlətlərə sülh formulunun və yaxud onun konkret bəndlərinin  həyata keçirilməsində liderliyinizi müəyyənləşdirməyi təklif edirəm. Biz Rusiyanı Moskvada haqqında bu qədər danışılan münasibətlərin nizamlanmsına doğru konkret diplomatik addım atmağa dəvət edirik”, - deyə Ukrayna lideri fikrini yekunlaşdırıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.162497