Zelenski Rusiyanı “terrorçu” adlandırdı: bombalanan xəstəxanada ikigünlük körpə öldü

2022-11-23 14:38:00

Zelenski Rusiyanı “terrorçu” adlandırdı: bombalanan  xəstəxanada ikigünlük körpə öldü

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski öz “Teleqram” kanalında Rusiya ordusunun dinc əhaliyə və mülki obyektlərə raketlə hücum elədiyini yazıb. Hücum nəticəsində bir körpə də ölüb. İnsanlar dağıntılar altında qalıblar.

Ötən sutka ərzində Ukraynanın Zaporojye vilayətindəki Volnyansk xəstəxanasının doğum şöbəsinə raket zərbəsi endirilib, Xarkov vilayətinin Kupyansk məntəqəsindəki çoxmərtəbəli bina ilə poliklinika atəşə tutulub. Zelenski həmin zərbələrin nəticələrinin fotolarını “Teleqram” səhifəsində paylaşaraq yazıb: “Terrorçu dövlət dinc vətəndaşlara və mülki obyektlərə qarşı müharibə aparmağa davam edir. Volnyansk xəstəxanasının doğum şöbəsinə raket zərbəsi nəticəsində körpə uşaq həlak olub, qadın yaralanıb. Dağıntılar altında insanların qaldığını güman edilir. İşğalçılar Kupyanskda çoxmərtəbəlibinanı və poliklinikanı atəşə tutublar. İki nəfər həlak olub, bir nəfər yaralanıb. Hadisə yerində bütün xidmətlər çalışırlar. Düşmən yenidən terror və qətllər yolu ilə artıq doqquz ay əldə edə bilmədiyinə və edə bilməyəcəyinə nail olmağa çalışır. Lakin ölkəmizə qarşı etdiyi bütün zülmlərə görə cavab verəcəkdir”.

Volnyansk xəstəxanasının Rusiyanın S-300 raketləri ilə vurulan doğum şöbəsində üç nəfər olub. Ukraynanın Fövqəladə Hallar Xidmətinin məlumatına görə, 2022-ci il doğumlu, iki gün bundan əvvəl dünyaya gəlmiş körpə həlak olub, anası ilə həkimi xilasedicilər binanın qalıqları altından çıxarıblar. Xəstəxananın bir hissəsi dağıdılıb.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000123