Zelenski: “Rusiya Ordusunun vəhşilikləri Ukraynanın danışıqlar istəyini azaldır”

2022-05-11 19:54:00

Zelenski: “Rusiya Ordusunun vəhşilikləri Ukraynanın danışıqlar istəyini azaldır”

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Ordusunun törətdiyi vəhşiliklərə dair artan sübutları nəzərə alaraq, Kiyevin Rusiya ilə danışıqlara səbrinin tükəndiyi barədə xəbərdarlıq edib.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Fransanın Siyasi Araşdırmalar İnstitutunun tələbələri qarşısında virtual çıxışında deyib.

“Nə qədər ki gec deyil biz bu müzakirələri, bu danışıqları aparmağa hazırıq.

Lakin hər yeni Buça, hər yeni Mariupol, onlarla insanın öldüyü hər yeni şəhər, zorlama halları, hər yeni vəhşilik ilə danışıqlar aparmaq arzusu və imkanı, eləcə də bu problemi diplomatik yolla həll etmək imkanı yoxa çıxır”, – Ukrayna lideri deyib.

Prezident Zelenski həmçinin Kiyevin müharibədə qalib gələcəyi və Ukraynaya aid olan bütün əraziləri geri alacağına dair qərarlı olduğunu bildirib.

O, ölkəsinin Avropa İttifaqına daxil olmasının vacibliyini bir daha vurğulayaraq, Ukraynanın İttifaqa daxil edilməsi üçün qarşı tərəfi önəmli addımlar atmağa çağırıb.

“Ukrayna yalnız digər dövlətləri gücləndirəcək, ordumuz öz imkanlarını nümayiş etdirdi. Xalqımız özünü sübut etdi”, – Zelenski vurğulayıb. \\Apa


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya