Zelenski: “Rusiya onlarla ölkədə milyonlarla insanın ölümünə bais ola bilər”

2022-06-09 15:02:00

Zelenski: “Rusiya onlarla ölkədə milyonlarla insanın ölümünə bais ola bilər”

Hurriyyet.az “Hürriyet” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynanın Qara dəniz limanlarını blokadada saxlamağa  davam edəcəyi təqdirdə milyonlarla insanın aclıqdan ölə biləyini bildirib.

Bəlli olduğu kimi, hazırda Rusiyanın Ukrayna taxılının ixracına mane olması ilə bağlı müzakirələr davam edir.

Zelenski bununla bağlı belə deyib: “Rusiya Ukraynanın Qara dəniz limanlarını bağladı və bununla da dünyanı dəhşətli ərzaq böhranının astanasına gətirdi. Biz qlobal bazarda sabitləşdirici rol oynayan buğda, qarğıdalı, bitki yağı və digər məhsullarımızı ixrac edə bilmirik. Bu , təəssüf ki, onlarla ölkə ərzaq qıtlığı ilə üzləşə biləcəyi deməkdir. Rusiyanın Qara dəniz limanlarını blokadası davam edərsə, milyonlarla insan aclıqdan ölə bilər.

Prezident Zelenskinin Böyük Britaniyanın baş naziri Boris Conson və digər liderlərlə Rusiyanın Ukrayna limanlarının blokadasını necə aradan qaldıracağı ilə bağlı danışıqlar apardığı xəbər verirlir. Ukrayna dövləti 20 milyon tondan çox taxılın Rusiyanın maneə olduğu səbəbindən ixrac edilə bilmədiyini bəyan edib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya