Zelenski: Rusiya o ərazini yerlə yeksan edir

2022-04-30 09:01:00

Zelenski: Rusiya o ərazini yerlə yeksan edir

Rusiyanın bütün Donbası yerlə-yeksan etmək üçün kifayət qədər artilleriya və aviasiya var.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Donbasda işğalçılar həyatı məhv etmək üçün hər şeyi edirlər. Daimi amansız bombardmanlar, infrastruktura və yaşayış məntəqələrinə davamlı hücumlar Rusiyanın bu ərazini insansız məkana çevirmək istədiyini göstərir.

Ona görə də torpağımızı, xalqımızı qorumaq sözün əsl mənasında həyat uğrunda mübarizədir. Rusiya qoşunlarının xarabalığa çevirmək istədiyi Lisiçansk, Severodonetsk, Popasnaya, Kramatorsk, Slavyanskaya, Marinka və Donbasın bütün digər şəhərləri və icmaları üçün hər şey bu müharibədə həll olunur”, - deyə prezident bildirib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya