Saat:22:31
Haqqımızda

Zelenski: “Rusiya neftinin bir barreli 30 dollara satılmalıdır”

2022-11-25 19:35:00

Zelenski: “Rusiya neftinin bir barreli 30 dollara satılmalıdır”

Hurriyyet.az Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Avropa İttifaqı ölkələri ilə G7 ölkələrinin müzakirə elədiyi Rusiya neftinin maksimum qiyməti məsələsi ilə bağlı istəyini bildirib.

Zelenski “Avropa ideyası” beynəlxalq simpoziumunun iştirakçılarına müraciətində deyib: “Bu il Avropa nəhayət ki, Rusiyanın enerji tərk-silahını reallaşdıracaq. Qitənin Rusiyanın enerji resurslarından asılılığı azalmağa başlayıb. Əslində, ümumiyyətlə yoxa çıxmalıdır. Bunun əsas yollarından biri Rusiyanın resursların ixracından qazancını məhdudlaşdırmaqdır”.

Zelenski Avropada Rusiya neftinin icbari ucuzlaşdırılması məsələsindən danışıldığını söyləyib: “60 və ya 70 dollar səviyyəsi barəsində sözlər səsləndirilir. Sözsüz ki, bu sözlər nəyisə etməkdən çox, edirmiş kimi göstərməyə bənzəyir”.

O, 30 dollar maksimal qiymət həddi təklifini etdiklərinə görə Polşa ilə Pribaltika ölkələrinə təşəkkürünü bildirib: “Qiymətlərin bir barrel üçün 30 dollar səviyyəsinə qədər məhdudlaşdırılması daha düzgün təklif kimi görünür və bu təklifin səsləndirilməsinə və dəstəklənməsinə görə minnətdarlığımı bildirirəm”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR