Zelenski Rusiya ilə razılığa gəlməyə məcbur olacaq - MKİ agentindən PROQNOZ
2023-09-12 13:36:59

Zelenski Rusiya ilə razılığa gəlməyə məcbur olacaq. Ukrayna böhranının bu cür gedişatını keçmiş MKİ agenti Endryu Bustamante Stiven Qardnerin YouTube kanalında səsləndirib.
"Biz əslində elə olduğumuz kimi etibarsız ölkə olaraq qəbul edilirik və biz ruslarla hansısa ağlabatan sülh sazişi və ya heç olmasa atəşkəs barədə necə danışıqlar aparacağımız barədə ciddi düşünməliyik", deyə Bustamante Ukrayna liderinin ehtimal fikirlərini izah edib.
Kəşfiyyatçının sözlərinə görə, Ukraynanın alternativi yoxdur, çünki ölkədə münaqişəni davam etdirmək üçün resurslar tükənir.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya