Saat:22:25
Haqqımızda

Zelenski Qərbdən hərbi yardımı dayandırmamağı xahiş edib

2025-11-25 16:37:55

Zelenski Qərbdən hərbi yardımı dayandırmamağı xahiş edib

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski "Teleqram" kanalındakı açıqlamasında Qərbdən hərbi yardımı dayandırmamağı xahiş edib.  Onun sözlərinə görə Qərb ölkələri Ukraynaya yardım göstərməkdə fasilə verməməli, bütün tərəfdaşlar diplomatiya istiqamətində birgə çalışmalıdırlar.
Ukrayna lideri Rusiya Silahlı Qüvvələrinin respublikaya kütləvi hücum başlatmasından sonra belə bir müraciət edib. Siyasətçi bildirib ki, Rusiya zərbələrinin əsas hədəfləri enerji infrastrukturu obyektləri, eləcə də Odessa bölgəsindəki liman infrastrukturu olub.
Prezident əlavə edib ki, "Rusiyaya qarşı sanksiya təzyiqi Ukraynaya silah və hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə eyni dərəcədə rol oynayır".
Ağ Evin mətbuat katibi Kerolin Levitt 25 noyabr tarixli açıqlamasında bildirib ki, Prezident Donald Trampın qərarından sonra ABŞ hökuməti Ukrayna münaqişəsinin maliyyələşdirilməsini dayandırıb, bununla yanaşı,  NATO vasitəsilə silah satmağa davam edir.
Hürr Tərcüman