Zelenski qələbə üçün 3 vacib məqamı açıqladı

2022-05-09 09:07:00

Zelenski qələbə üçün 3 vacib məqamı açıqladı

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin qələbə qazanması üçün üç vacib məqamı açıqlayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Zelenski Teleqram səhifəsində paylaşım edib.

"Birincisi silahdır. İkinci Dünya müharibəsi illərində olduğu kimi, bu gün də azadlığın taleyi döyüş meydanında həll olunur. Deməli, Ukrayna tiranlığı məğlub etməyə imkan verəcək bütün silahları və bütün müdafiə vasitələrini almalıdır.

İkincisi sanksiyalardır. Maykl Makfaul və Andrey Yermakın sədrlik etdiyi xüsusi beynəlxalq ekspertlər qrupu bu müharibəyə görə Rusiyaya qarşı sanksiyaları artırmaq üçün Fəaliyyət Planı hazırlayıb. Bunun həyata keçirilməsi vacibdir.

Üçüncü vacib məqam Ukraynaya indiki maliyyə dəstəyi və müharibədən sonra bərpa olunmasına maddi yardımdır. İkinci Dünya müharibəsindən sonra Marşall Planı Avropanın yenidən qurulmasında, inkişaf və böyümə üçün yeni şəraitin yaradılmasında tarixi rol oynadığı kimi, indi də oxşar plana ehtiyac var", - Zelenski qeyd edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya