Zelenski “qələbə planının” yeni detallarını açıqladı
Ukraynanın “qələbə planı”nda əsas diqqət Silahlı Qüvvələrini gücləndirilməsi və münaqişənin sona çatmasının sürətləndirilməsinə yönəlib.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski ABC News-a müsahibəsində bildirib.
O vurğulayıb ki, plan Rusiya ilə danışıqlara yönəlməyib və güzəştləri nəzərdə tutmur.
"Plan Rusiya ilə danışıqlara aid deyil", - Ukrayna prezidenti qısaca qeyd edib.
Prezidentə yaxın mənbənin sözlərinə görə, Zelenskinin təşəbbüsü Ukraynanın ehtiyac duyduğu hərbi yardımın göstəricilərini, həmçinin siyasi və diplomatik addımları ehtiva edir.
Xatırladaq ki, Zelenski Ukraynanın sülh planının tamamilə hazır olduğunu, onun dörd əsas məqamı ehtiva etdiyini, onlardan birinin döyüş əməliyyatları başa çatdıqdan sonra aktivləşdiriləcəyini bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Zelenskinin planının ABŞ prezidenti Co Baydenin qərarlarından asılı olduğunu qeyd edərək, onun bəyanatlarını müzakirə etməyin mənası olmadığını deyib. \\BakuPost