Zelenski: “Putinlə danışıqlar mənimçün maraqlı deyil”

2023-01-26 17:02:00

Zelenski: “Putinlə danışıqlar mənimçün maraqlı deyil”

Ukraynadakı münaqişə Rusiya qoşunları Ukrayna ərazisini tərk etdikdən sonra bitəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenski "Sky News"a müsahibəsində deyib.

Ukrayna lideri əlavə edib ki, onun bir nömrəli prioriteti insanlardır və o, "Rusiya ərazisində döyüşmək” istəmir.

"Rusiya prezidenti Vladimir Putinlə görüş münaqişənin həllinə kömək edə bilərmi” sualına Zelenski bunun onunçün "maraqlı olmadığını” deyib. "Onunla görüşmək, danışmaq maraqlı deyil... Mən həqiqətən Rusiyada qərarları kimin verdiyini başa düşə bilmirəm", - o deyib.

Ukrayna prezidenti həmçinin bildirib ki, son günlər "daha güclü hücumlar olub” və Ukrayna Silahlı Qüvvələri üçün "müdafiə gücünə malik olmaq son dərəcə vacibdir”. O, tankların tədarükü ilə bağlı qərara görə ABŞ, Böyük Britaniya və Almaniyaya təşəkkür edib. (qaynarinfo)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.962917