“Zelenski Putinlə danışıqlar masasına oturmağa hazırdır” - Ukrayna Prezident Aparatı

2022-05-06 12:30:00

“Zelenski Putinlə danışıqlar masasına oturmağa hazırdır” - Ukrayna Prezident Aparatı

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib ki, indi əsas vəzifə müharibəni dayandırmaq və Rusiya qoşunlarını heç olmasa fevralın 23-nə qədər olan sərhədə sıxışdırmaqdır.

Siyasətçi əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski artıq rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar masasına oturmağa hazırdır.

“Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonları (ORDLO - Ukraynanın müvəqqəti işğal altındakı zonası) və Krım məsələsi iki prezidentin görüşündə müzakirə edilməli olan mürəkkəb məsələlərdir, prezidentimiz oturub danışmağa hazırdır. Amma heç bir halda bizim müstəqilliyimiz, suverenliyimiz, ərazi bütövlüyümüz müzakirə olunmayacaq. Bizim hökumət dövründə bu, dəqiq baş verməyəcək”, - deyə Yermak bildirib.

Mənbə: RBC-UKRAINA


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya