Zelenski Putinin təklif etdiyi atəşkəsi rədd edib

2023-01-06 09:25:00

Zelenski Putinin təklif etdiyi atəşkəsi rədd edib

Ukrayna Prezidenti Vladimir Zelenski Milad bayramı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinin atəşkəs elan etməsi təklifinə cavab verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında məlumat verib. Ukrayna Prezidenti Moskvanın təklifini rədd edib. Onun sözlərinə görə, Rusiya atəşkəslə yeni işğala yol açır.

“Rusiya Ukraynaya və Avropaya qarşı yeni təcavüz dalğasına hazırlığını gizlədə bilməyəcək”, - deyə Zelenski bildirib.

O, hesab edir ki, Rusiya atəşkəsdən istifadə edərək təmas xəttində mövqeyini möhkəmləndirəcək. (APA)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.313880