Saat:16:49
Haqqımızda

ZELENSKİ PUTİNİN İTTİHAMLARINA CAVAB VERDİ - “O, 20 ildir ki...”

2024-03-26 15:45:15

ZELENSKİ PUTİNİN İTTİHAMLARINA CAVAB VERDİ - “O, 20 ildir ki...”

Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putin Moskvadakı məlum terror aktı ilə bağlı çıxışında deyib ki, “terrorçular cinayət törətdikdən sonra niyə məhz Ukraynaya getməyə cəhd ediblər, orada onları kim gözləyirdi” sualına cavab vermək lazımdır.

Bununla da həm Kreml təbliğatı, həm də şəxsən Putinin özü terakta görə rəsmi Kiyevi ittiham ediblər.

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Putinin ittihamlarına cavab verib: “Bu gün Putin yenidən özü özü ilə danışdı və bu, televiziyada yenidən yayımlandı. Yenə Ukraynanı ittiham edir... Onun üçün onun özündən başqa hamı terrorçudur, baxmayaraq ki, o, iyirmi ildir terrorla qidalanır”.

Xəbər verildiyi kimi, Ukrayna terror aktında hər hansı formada iştirakı barədə iddiaları qətiyyətlə rədd edir. Onu da qeyd edək ki, “Crocus City Hall”-da baş verən atışmadan sonra İŞİD-ə bağlı xəbər agentliyi terror qruplaşmasının hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib. Bu bəyanat ABŞ rəsmiləri tərəfindən təsdiqlənsə də, Kreml inandırıcı hesab etmir.

Son məlumatlara görə, “Crocus City Hall”da baş verən terror aktı nəticəsində 139 nəfər həlak olub.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR