Saat:04:13
Haqqımızda

Zelenski Putini belə çökdürə bilər - Rusiyanın sabiq baş nazir müavinindən ŞOK

2024-04-01 20:20:56

Zelenski Putini belə çökdürə bilər - Rusiyanın sabiq baş nazir müavinindən ŞOK

"Rusiya və Ukrayna müharibəsində cəbhə xəttinin əhəmiyyəti yoxdur. Yalnız tərəflərin hərbi və iqtisadi potensialı önəmlidir".

Bunu Rusiyanın baş nazirinin keçmiş müavini Alfred Kox teleqram kanalında yazıb.

“Əminliklə deyə bilərik ki, Ukrayna PUA-larının Rusiya neft emalı zavodlarına hücumları Ukraynanın qələbəsini hansısa kənd uğrunda gedən döyüşlərdən daha tez yaxınlaşdırır. Bu cür hava hücumları Rusiya prezidenti Vladimir Putini döyüş meydanındakı qələbələrdən qat-qat çox konstruktiv danışıqlara doğru aparır”, - o yazıb.

Kox əlavə edib ki, ona görə də Zelenskinin özü üçün hər hansı məhdudiyyət qoymağa ehtiyacı yoxdur.

Onun fikrincə, danışıqların effektivliyi cəbhə xəttindən haradan keçməsi əsas deyil, əsas  Rusiyanın hərbi və iqtisadi potensialının zəiflədiməsindən asılıdır. "Məqsədinə çatdıqdan sonra Putinlə danışıqlara başlamağı mümkün hesab edəcək", - o qeyd edib. \\Ölkə.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.171139