Saat:17:39
Haqqımızda

Zelenski Ostinlə döyüş meydanındakı vəziyyəti müzakirə edib

2025-01-09 20:42:01

Zelenski Ostinlə döyüş meydanındakı vəziyyəti müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın Ramşteyn aviabazasında əlaqələndirici qrupun 25-ci iclası çərçivəsində ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Lloyld Ostin ilə görüşüb.

Zelenski bu barədə "X"də yazıb.

"Lloyd Ostin ilə görüşərək Ukraynaya dəstək məsələsini müzakirə etdim", - Zelenski bildirib.

Ukrayna lideri bildirib ki, tərəflər döyüş meydanındakı vəziyyəti, həmçinin ölkəsinin pilotsuz uçuş aparatlarına olan ehtiyacını müzakirə ediblər:

"Biz həmçinin Ukraynanın havadan müdafiəsinin gücləndirilməsi və digər ölkələrdən əlavə hava hücumundan müdafiə sistemlərinin alınması perspektivləri barədə fikir mübadiləsi apardıq". \\Report

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.208956