Zelenski onun yanına getdi, o isə Paşinyana tərəf gəldi - SENSASİON DETALLAR

2023-01-13 22:03:00

Zelenski onun yanına getdi, o isə Paşinyana tərəf gəldi - SENSASİON DETALLAR

Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında bildirdi ki, Ermənistan 2023-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi təlimlərinə ev sahibliyi etməyəcək. Ermənistan Müdafiə Nazirliyi də təlimlərin keçirilməsinin məqsədəuyğun olmadığını açıqlayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Ermənistanın KTMT təlimlərindən imtinasına aydınlıq gətiriləcək.

Erməni ekspert Ayk Xalatyan hesab edir ki, Nikol Paşinyanın sözügedən bəyanatı iki motivə əsaslana bilər:

"Paşinyan Ermənistanın Rusiya və KTMT üzrə digər müttəfiqlərinin ölkə ərazisinə "təcavüz faktı" ilə bağlı tutduğu mövqedən narazılığını nümayiş etdirir. Bakı Qarabağ məsələsini bağlamağa çalışır, Rusiya isə Ukrayna münaqişəsi ilə məşğuldur. Digər versiya ondan ibarətdir ki, bu əsasda Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi azalır. Hansı ki, əks halda geosiyasi vektor tamamilə dəyişə bilər. Digər sual isə Rusiyanın bu vəziyyətə necə reaksiya verəcəyidir. Rusiya İrəvanla Bakı arasında müəyyən mövqe tutur, lakin Azərbaycan-Türkiyə tandemi Rusiyanın bu ölkələrdə təsirini itirir, beləliklə xarici oyunçular olan Türkiyə və Qərb Moskvanı Cənubi Qafqazda sıxışdırır".

Ayk Xalatyan həmçinin hesab edir ki, Rusiyanın Ukraynada xüsusi əməliyyatı bitdikdən sonra baş verəcək hadisələr üçün zəmin araşdırılır: "Moskvanın regionda nüfuz uğrunda rəqibləri onu Cənubi Qafqazda itirilmiş mövqelərini bərpa etmək imkanından məhrum etməyə çalışırlar. Erməni cəmiyyəti isə Qarabağda və Ermənistan sərhədlərində baş verən hadisələrlə bağlı sual qaldırır: biz bundan sonra necə yaşayacağıq?"

Rus politoloq Andrey Suzdalçevin sözlərinə görə, Ermənistanın siyasi təbəqəsi hesab edir ki, Rusiya Azərbaycanla müharibəyə başlamağa borcludur:

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrda keçirilən sammiti ziddiyyətlərin dərinliyini nümayiş etdirdi. Əslində, Ermənistanın təhlükəsizliyini Rusiya ordusu, Rusiya Federasiyasının sərhədçiləri və Qarabağdakı sülhməramlılar həyata keçirir. Bütün bu amilləri aradan qaldırsaq, Ermənistanın taleyi acınacaqlı olacaq".

Politoloq Rusiyanın Ermənistanın onun müttəfiqləri arasında qalmasında maraqlı olduğuna diqqət çəkir: "İndi bəzi ölkələr Rusiyadakı vəziyyətdən istifadə etməyə çalışırlar".  

Politoloq Aleksey Martınov isə hesab edir ki, 16 dekabr 2022-ci ildə Böyük Britaniya Xarici Kəşfiyyat İdarəsinin (Mİ-6) başçısı Riçard Murun İrəvana gözlənilməz bir günlük səfərindən dərhal sonra Nikol Paşinyanın davranışı kəskinləşdi.

Politoloq iddia edir ki, Mİ-6 missiyası Vaşinqtonda möhkəm dəstəyə malikdir:

"Bizim son dərəcə ağıllı düşmənimiz var, onun cibində Cənubi Qafqazla bağlı mahir siyasi ssenarilər var. Ukrayna böhranının güclənməsi ərəfəsində Zelenski də Britaniyaya səfərə getdi və şəxsən Mİ-6 ofisinə baş çəkdi". \\Musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.179967