Zelenski müharibənin ilk gecəsindən danışdı: Məni öldürməyə gəlmişdilər - Təyyarədən tullanan ruslar...

2022-04-29 23:54:00

Zelenski müharibənin ilk gecəsindən danışdı: Məni öldürməyə gəlmişdilər - Təyyarədən tullanan ruslar...

Ukrayna Prezidenti Vladimir Zelenski müharibənin başladığı ilk günlə bağlı açıqlama verib.

Zelenskinin sözlərinə görə, müharibənin ilk gecəsi rus hərbçilər onu və ailəsini öldürmək üçün paraşütlə Kiyevə eniblər. Zelenski “Time” nəşrinə açıqlamasında bildirib ki, rus hərbçilər onların qaldığı yeri tapmaq üzrə olub:

“Həyat yoldaşımla bərabər uşaqları yuxudan ayıldıb, evdən qaçmağa hazır olmaları barədə xəbərdar etdim. Çox səs-küy var idi. Partlayışlar baş verirdi. İqamətgahdakı mühafizəçilər mənim və ailəm üçün güllə keçirməyən gödəkçələr gətirdi. Rus birliklər mənim və ailəmin yerini tapmaq çox yaxınlaşmışdı”. \\Metbuat


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya