Saat:04:23
Haqqımızda

Zelenski müharibənin başa çatacağı vaxtı açıqladı

2022-06-27 16:38:00

Zelenski müharibənin başa çatacağı vaxtı açıqladı

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya qarşı müharibənin qışa qədər bitəcəyini gözləyir. 

O, bu arzusunu iyunun 27-də “G7” liderlərinin sammitində videobağlantı vasitəsilə səsləndirib.

Vladimir Zelenski “Böyük yeddilik” dövlətlərini rəhbərlərindən Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etməyi, Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq olunmasını və digər təhlükəsizlik təminatlarını tələb edib.

Bundan başqa, Ukrayna lideri ölkə taxılının ixracatına və bununla bağlı yolların bərpasına köməklik göstərilməsini istəyib.

"Mən Berlində keçirilən G7 liderlərinin sammitində videokonfrans vasitəsilə çıxış etdim. Ukrayna bu dövlətlərin dəstəyini hiss edir. Rusiya işğalına qarşı mübarizədə ölkəmizə müdafiə və maliyyə yardımına görə təşəkkür edirik. “G7” ölkələrinin sanksiyalarla bağlı mövqeyi bizim üçün çox vacibdir. Onlar təcavüzkarın ixrac etdiyi neftin qiymətinin məhdudlaşdırılması metodu da daxil olmaqla, daha çox iş görə bilərlər”, - deyə Vladimir Zelenski özü sosial şəbəkələrdə ictimaiyyəti məlumatlandırıb. /Musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR