Zelenski Milli Şura yaratdı

2022-04-22 11:07:00

Zelenski Milli Şura yaratdı

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müharibədən sonra bərpası üçün Milli Şura yaradıb.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb.

Nazirlər Kabinetinə iki həftə müddətində onun informasiya-analitik dəstəyini həyata keçirəcək orqanı müəyyən etmək tapşırılıb.

Milli Şuraya Prezident Ofisinin rəhbəri və onun müavinləri, Ali Radanın bütün komitələrinin rəhbərləri, Baş nazirin müavinləri və bütün nazirliklərin rəhbərləri daxildir.

Milli Şuranın əsas vəzifələri ölkənin müharibədən sonrakı yenidən qurulması və inkişafı üçün tədbirlər planının hazırlanması, müharibədən sonrakı dövrlərdə islahatlara dair təkliflərin və strateji təşəbbüslərin hazırlanmasıdır.

Xatırladaq ki, Avropa İttifaqı Ukraynanın müharibədən sonrakı bərpası xərclərinin böyük hissəsini öz üzərinə götürmək niyyətindədir.

Qeyd edək ki, bir müddət əvvəl Zelenski Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva ilə Ukraynanın müharibədən sonrakı bərpasını müzakirə edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya