Zelenski: "İstanbul danışıqlarının uğuruna inanmıram"
2025-06-02 15:55:12

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının məhsuldar olacağına inanmadığını bildirib.
LRT kanalının məlumatına görə, Zelenski bu açıqlaman "Buxarest doqquzluğu" sammitində söyləyib. O, atəşkəsin Ukrayna üçün prioritet olduğunu deyib.
Zelenski deyib: "Komandamız İstanbuldadır. Bu gün səhər müdafiə naziri ilə danışdım. Onlar görüşə hazırlaşırdılar. Rusiyanın məhsuldar görüşə hazır olduğuna inanmıram. Lakin həmişə qərar qəbul ediləcəyinə inanmalıyıq. Ukrayna üçün prioritet atəşin tamamilə dayandırılması, uşaqların və əsirlərin evlərinə qaytarılmasıdır".
Hürr Tərcüman
