Zelenski ilə Vitkoff İstanbula gedirlər - Moskvanı kim təmsil edəcək?
2025-11-18 14:26:11
Hurriyyet.az xəbər verir ki, Rusiya İstanbulda keçirilən Ukrayna ilə bağlı danışıqlarda iştirak etməyəcək. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O, Rusiya tərəfinin 19 noyabrda Türkiyədə keçiriləcək Ukrayna ilə bağlı danışıqlarda iştirak etməyəcəyini bildirib. Peskov deyib: "Xeyr, sabah Türkiyədə Rusiya nümayəndəsi olmayacaq. Hələlik bu təmaslar Rusiyanın iştirakı olmadan baş tutur".
Peskov Rusiyanın danışıqlara açıq olduğunu, Moskvanın mövqeyinin Kiyev, İstanbul və Vaşinqtona bəlli olduğunu qeyd edib, Putinin hazırda bu danışıqlar çərçivəsində ABŞ və Türkiyə nümayəndələri ilə heç bir təmasının planlaşdırılmadığını bildirib.
Hürr Tərcüman
