Saat:19:20
Haqqımızda

Zelenski hərbi vəziyyəti qışa qədər uzatmağı təklif edib

2022-08-12 20:22:00

Zelenski hərbi vəziyyəti qışa qədər uzatmağı təklif edib

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyətin və səfərbərliyin müddətini uzatmağı təklif edib.

Prezident tərəfindən Ali Radaya təqdim edilmiş qanun layihələri bunlardır: “Ümumi səfərbərliyin müddətinin uzadılması” və “Ukraynada həri vəziyyətin müddətinin uzadılması”. Sənədlərin mətni hələlik dərc edilməyib.

Zelenski 23 avqust 2022-ci il, saat 5:30-dan etibarən hərbi vəziyyətin müddətini daha 90 gün uzatmağı təklif edib.

Beləliklə, hərbi vəziyyət ən azı 20 noyabr tarixinə, yəni demək olar ki, qışa qədər davam edəcək.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR