Saat:19:10
Haqqımızda

Zelenski G7 görüşündə Trampla danışdı

2025-02-25 14:45:26

Zelenski G7 görüşündə Trampla danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski G7-nin onlayn sammitində ABŞ Prezidenti Donald Trampla danışıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Zelenski məlumat yayıb.

“Kanadanın rəhbərlik etdiyi G7 toplantısında çox yaxşı söhbət oldu. Biz çox ümid edirik ki, Birləşmiş Ştatlar digər tərəfdaşlar kimi dəstəyini davam etdirəcək. Təbii ki, biz Avropa ilə ABŞ arasındakı bu birliyi itirməməliyik”, - Zelenski bildirib.

O, söhbətin təfərrüatlarını açıqlamayıb. Tramp hələ ki, Zelenski ilə söhbəti şərh etməyib.

Qeyd edək ki, Tramp son günlər Zelenski haqqında son dərəcə sərt danışıb, onu “diktator” adlandırıb. Bu, Ukraynanın mineral ehtiyatlara dair ABŞ ilə saziş imzalamaqdan imtina etdiyi bir vaxta təsadüf edir.

Zelenskinin komandası 2024-cü ilin sonunda təhlükəsizlik zəmanəti müqabilində ABŞ-ya Ukraynada faydalı qazıntıların çıxarılması hüququnun verilməsi təklifini hazırlayıb. Lakin Tramp prezident kimi fəaliyyətə başladıqdan sonra sazişə başqa cür baxmağa başlayıb – o, artıq Ukraynaya göndərilmiş yardım müqabilində faydalı qazıntıların çıxarılması hüququnu tələb edir.

Yeniavaz.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.156301