Zelenski Donbas və Krımın deokupasiyasını Ukraynanın BMT-dəki əsas prioriteti adlandırdı
Prezident Aparatından verilən məlumata görə, prezident Zelenski ABŞ-a işgüzar səfəri çərçivəsində BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti, Maldiv adalarının xarici işlər naziri Abdullah Şahidlə görüşüb.
V. Zelenski Rusiyanın təcavüzünə qarşı mübarizənin vacibliyini vurğulayıb və BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidentinə Krım Platformasının zirvə toplantısının nəticələri ilə bağlı məlumat verdi.
Eləcə də prezident V. Zelenski vurğulayıb ki, Ukraynanın BMT-də əsas prioriteti Donbass və Krımın işğaldan azad edilməsidir.
Dövlət başçısı Şahidin prioritetlərinin həyata keçirilməsində səmərəli əməkdaşlığa hazır olduğunu və Baş Assambleyanın dünyanın ən təmsilçi siyasi qurumu kimi rolunu gücləndirməsini qeyd edib.
"Eyni zamanda, Baş Assambleyanın işində prioritet olaraq qalmalı olan dövlətimiz və bölgəmiz üçün vacib olan təhlükəsizlik məsələlərində sıx əməkdaşlığa ümid edirik", deyə Zelenski bildirib.
Ülviyyə, Hurriyyet.az