Zelenski bütün amerikalılara təşəkkür etdi
2024-04-24 08:50:42
Hurriyyet.az "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, ABŞ Senatının Ukraynaya yardıma razılıq verməsi ilə əlaqədar, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Konqresinin Senatına, əksəriyyətin lideri Çak Şumerə, respublikaçıların lideri Mitç Makkonnelə, bütün amerikalılara və Prezident Co Baydenə təşəkkürlərini bildirib.
O, öz minnətdarlıq duyğularını bu gün səhər "Teleqram" kanalındakı paylaşmasında ifadə edib.
Zelenski bu səsvermənin Amerikanın azad dünyanın lideri və demokratiya mayakı rolunu daha da möhkəmləndirdiyini qeyd edib.
Hürr Tərcüman