Zelenski: Bu silah həyatımızı xilas edəcək!

2022-06-03 09:45:00

Zelenski: Bu silah həyatımızı xilas edəcək!

HIMARS sistemləri həqiqətən də insanlarımızın həyatını xilas etməyə və torpaqlarımız qorumağa yardım edəcək.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Birləşmiş Ştatlar müxtəlif səviyyələrdə təsdiqləyib ki, Ukraynaya HIMARS yaylım atəşi raket sistemi göndərilir. Bu silah həqiqətən insanların həyatını xilas edəcək və torpaqlarımızı qorumağa yardım edəcək. Prezident Bayden, amerikalı dostlarımıza və ABŞ xalqına minnətdaram”, - deyə Zelenski bildirib.

Qeyd edək ki, ABŞ 700 milyon dollarlıq hərbi yardım paketi çərçivəsində Ukraynaya HIMARS sistemləri göndərdiyini elan edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya