Zelenski Azərbaycan-Ermənistan münaqişəsinin səbəbindən DANIŞDI

2022-08-04 09:53:00

Zelenski Azərbaycan-Ermənistan münaqişəsinin səbəbindən DANIŞDI

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan-Ermənistan münaqişəsinin baş verməsinin mümkün səbəbindən danışıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında bildirib.

"Əvvəlcə - Balkan yarımadası ölkələri, sonra - Tayvan, indi bəlkə də Cənubi Qafqaz... Bütün bu situasiyalar fərqli görünür, baxmayaraq ki, onları bir amil birləşdirir, yəni: qlobal təhlükəsizlik arxitekturası işləmədi. Əgər qlobal təhlükəsizlik arxitekturası işləsəydi, bütün münaqişələr olmazdı”, - dövlət başçısı vurğulayıb.

O qeyd edib ki, hazırda informasiya məkanında dünyada münaqişəli vəziyyətlər və təhlükələrlə bağlı çoxlu mesajlar verilir.

“Dünyada, xüsusən də Balkan yarımadasında və Tayvanda münaqişəli vəziyyətlər qeyri-effektiv qlobal təhlükəsizlik arxitekturasına görə yaranır. Dünya elə bir model hazırlamalıdır ki, heç bir ölkənin başqa dövlətə qarşı aqressivlik nümayiş etdirməyəcəyinə zəmanət verilsin”, - Zelenski qeyd edib.

Ukrayna lideri əlavə edib ki, Ukrayna təkcə Rusiyanın tammiqyaslı təcavüzü başlayandan deyil, artıq illərdir ki, təhlükəsizlik məsələlərinə diqqət yetirir: “Rusiya beynəlxalq hüquqa, bəşəriyyətin maraqlarına tamamilə məhəl qoymayandan bu günədək”.

Prezident qeyd edib ki, Rusiya ilə mübarizədə 2014-cü il dönüş ili olub.

"O vaxt Krım, Donbas, Malayziyanın vurulan təyyarəsi ilə bağlı tamamilə aşkar vəziyyətlərdə Rusiya dərhal və nəzərəçarpacaq məsuliyyətdən yayındı - dünya ilə işgüzar və siyasi əlaqələri saxladı. İndi də qlobal münasibətlərdə çoxları inanır ki, onlar buna nail olacaqlar”, - Ukrayna lideri vurğulayıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058700