Saat:06:44
Haqqımızda

Zelenski Avropa liderlərinə dəvətnamələr göndərib - tədbir Rusiya üçün əlamətdar gündə keçiriləcək

2025-04-15 10:31:51

Zelenski Avropa liderlərinə dəvətnamələr göndərib - tədbir Rusiya üçün əlamətdar gündə keçiriləcək

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Avropa ölkələrinin liderlərini mayın 9-da Kiyevə dəvət edib. 
Bu barədə "Politiko" nəşri məlumat verib.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa dünən Lüksemburqda keçirilən görüş zamanı mayın 9-na planlaşdırılan tədbirə dəvətnamələri  təqdim edib.
Ukrayna Prezidentinin fikrincə, Avropa liderlərinin həmin tarixdə Kiyevə toplaşması "Moskvanın hər ilk keçirdiyi hərbi paradın fonunda diplomatik qüvvənin nümayişi olmalıdır".
Hürr Tərcüman