Saat:21:11
Haqqımızda

Zelenski amerikalı nazirə kəskin cavab verdi: "Barmağınızı döyəcləməyin"

2025-04-10 11:05:58

Zelenski amerikalı nazirə kəskin cavab verdi:

Hurriyyet.az "Strana.ua" nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ müdafiə naziri Skott Bessentə kəskin tənqidi cavab verib. Zelenski bəyan edib: "Barmağını müqaviləyə döyəcləyib, dərhal imzalamaq lazım olduğunu demək... Bunun qarşılığında ona yalnız bunu deyə bilərdim: "Barmağınızı döyəcləməyi saxlayın və gəlin konkret danışaq".
Zelenski Amerikadan bərabər tərəflər kimi ünsiyyətdə olmağı tələb etdiyini, "Ukraynanın üçüncü növ ölkə olmadığını" dediyini və Bessenin yəqin ki, fərqli dialoq gözlədiyini söyləyib.
Bessent  amerikalı jurnalist Taker Karlsona müsahibəsində Zelenskinin minerallarla bağlı sazişi imzalamağı hələ Münhen konfransında vəd elədiyini, "lakin vədini pozub, əvəzində sənədi imzalamaq üçün Ağ Evdə qəbul edilməsi üçün Amerikaya yalvardığını" bəyan edib. Nazir müqavilənin bağlanmayacağı təqdirdə, Vaşinqtonun Kiyevə yardım məsələsini təftiş edəcəyinə işarə vurub.
Zelenski də öz növbəsində Amerikanı sazişin şərtlərini dəyişməkdə ittiham edib. Həmçinin, Vaşinqtonun indiyə qədər göndərdiyi yardımı borc kimi tanımaqdan imtina edib.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.134876