Saat:02:48
Haqqımızda

Zelenski Almaniyaya gedəcək

2025-05-26 22:06:38

Zelenski Almaniyaya gedəcək

Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü Berlinə səfər edəcək və Almaniya kansleri Fridrix Mertslə görüşəcək.
Bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.  
Jurnalın yazdığına görə, Merts Zelenski ilə Ukrayna və Rusiya arasında gələcək texniki danışıqlar üçün mümkün addımları müzakirə etmək istəyir.
Bundan əlavə, kansler Avropa İttifaqının yeni anti-Rusiya sanksiyaları paketinin planları haqqında danışmaq istəyir. Bununla o, Moskvanı ciddi danışıqlara məcbur etmək üçün təzyiqləri artırmağı planlaşdırır.
Digər mümkün müzakirə mövzusu Kiyevə gələcək hərbi dəstək olacaq.
Nəşrin yazdığına görə, Almaniyanın yeni hökuməti yeni silah paketləri haqqında əvvəlki kimi açıq danışmaq istəmir. Pərdə arxasında isə Almaniyanın Ukrayna müdafiə sənayesinə uzaq mənzilli silahların istehsalında necə dəstək ola biləcəyini müzakirə etmək planları var.
Səfər zamanı Ukrayna liderinin Federal Prezident Frank-Valter Ştaynmayerlə də görüşü gözlənilir. \\Yeniavaz.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.265156