Zelenski Almaniya kanslerini Kiyevə dəvət etdi – “Məncə, niyə həmin tarixi seçdiyim sizə aydın olar”

2022-05-06 19:53:00

Zelenski Almaniya kanslerini Kiyevə dəvət etdi – “Məncə, niyə həmin tarixi seçdiyim sizə aydın olar”

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şoltsu “güclü addım” atmağa və 9 may tarixində Kiyevə səfər eləməyə çağırıb.

Zelenski bu açıqlamanı Britaniyanın “Chatham House” analitik mərkəzinin nümayəndələri qarşısındakı çıxışında verib.

Zelenski deyib: “O, çox güclü siyasi addım atıb 9 may tarixində Kiyevə gələ bilər. Bunun əhəmiyyətini izah eləmirəm. Məncə, bunun səbəbini bilmək üçün yetərincə savadlısınız”.

 

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya