Saat:00:50
Haqqımızda

Zelenski Almaniya kansleri ilə danışdı

2022-11-29 20:24:00

Zelenski Almaniya kansleri ilə danışdı

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şolts ilə telefonla danışıb. Dövlət liderləri Ukraynanın Rusiyanın raket zərbələrin qorunması üçün əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Zelenski bununla bağlı öz “Tvitter” səhifəsində yazıb: “Ukraynadan taxıl” təşəbbüsünə dəstək üçün təşəkkürümü bildirdim. Həmçinin, Ukraynanın Rusiyanın raket terrorundan müdafiəsi üçün əməkdaşlıq və Ukraynanın sülh formlu məsələlərini müzakirə elədik”.

O, həm də Ukraynadakı enerji infrastrukturunun kütləvi şəkildə sıradan çıxarılması ilə əlaqədar yardımı gücləndirmək çağırışı edib.

Qeyd edək ki, ötən həftə Polşaya iki nəfərin ölümünə səbəb olan raket düşdükdən sonra Berlin təhlükəsizliyin təmin edilməsi üçün Varşavaya Patriot sistemini təklif edib. Bundan sonra Polşanın Müdafiə naziri Mariuş Blaşak Polşanın əvəzinə Ukraynaya Patriot sistemlərinin göndərilməsini Almaniyadan xahiş edib.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR