Zelenski Albaniyadan da Türkiyədən istədiyini tələb elədi

2022-05-03 17:30:00

Zelenski Albaniyadan da Türkiyədən istədiyini tələb elədi

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Albaniyanı Rusiyadan gələn turist axınını dayandırmağa çağırıb. Zelenski bu çağırışı Albaniya parlamentinə videomüraciətində səsləndirib. Zelenski deyib: “Sizdən limanları Rusiya gəmilərinin üzünə bağlamağa çağırıram. Çünki siz ölkənizə kimin gələcəyini heç vaxt bilə bilməzsiniz. Bəlkə, onlar Buçadakı qatillərdir, Mariupoldakı cəlladlardır, bəlkə də dövlətinizi yıxmağa çalışanlardır”.

Zelenski deyib: “Avropada altıncı sanksiya paketi hazırlanır. Biz hamımız israr edirik ki, neft embarqosu, Rusiyanın dünyanı aldatmaq və sanksiyalardan yayınmaq üçün istifadə elədiyi istənilən sxemlərin real əngəlləməsi bu sanksiyalara daxil edilsin”.

O, Rusiya banklarının dünya maliyyə sistemindən tamamilə ayrılmalı olduğunu qeyd edib, həmçinin, ticarət münasibətlərini kəsməyə çağırıb: “Çünki, bu gün olmasa da, sabah Rusiya sizin bazarınızı vura və sizdən hansısa siyasi güzəştlər tələb edə bilər”.

Bundan əvvəl Zelenski Ankaranın Ukraynanı dəstəkləməkə yanaşı, Rusiya turistlərini qəbul eləməyə hazırlaşdığını “ikili standartlar” adlandırmışdı.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya