Zelenski: "ABŞ Ukraynadakı müharibədən milyardlar qazandı"

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsindəki müharibənin ABŞ-a milyardlarla dollar qazandırdığını bəyan edib.
Zelenski "Yutub" platformasında britaniyalı jurnalist Pirs Morqana müsahibəsində belə bir açıqlama verib.
Zelenski deyib: "Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi ABŞ-a milyardlarla dollar gəlir və müasir quru döyüşlərinin aparılması ilə bağlı misilsiz təcrübə bəxş edib.
Nəhəng tələbat nəticəsində Amerika şirkətləri son 50 ildəki ən böyük məbləğlərdə silah satışı müqavilələri imzalayıblar".
Zelenski deyib: "Bütün Avropa ölkələrində belə bir tələbat yaranıb. İnsanlar qorxurlar. Bu, böyük pullardır. Amerika şirkətləri hətta lisenziyalardan milyonlar qazanıblar - çünki, Avropada ofisləri var. Bütün bunlar milyardlarla gəlir deməkdir".
Prezdent Zelenski qeyd edib ki, Ukraynada hazırlanmış texnologiyalar Qərb ölkələri üçün də əlçatan olub. ABŞ həm də müasir böyük quru müharibəsi təcrübəsi qazanıb. Təkcə kəşfiyyatın yox, həm də ABŞ silahlarından istifadə edən hərbçilərin köməyi ilə.
Hürr Tərcüman
