Zelenski ABŞ-a belə getdi! Gizli saxlanan əməliyyatın DETALLARI - İLK GÖRÜNTÜLƏR

2022-12-22 12:54:00

Zelenski ABŞ-a belə getdi! Gizli saxlanan əməliyyatın DETALLARI - İLK GÖRÜNTÜLƏR

Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-a səfərinin arxasındakı gizli əməliyyatın detalları üzə çıxıb. Ukrayna liderinin sağ-salamat ABŞ-a getməsi üçün NATO və ABŞ-ın döyüş təyyarələri hərəkətə keçib. Əlamətdar səfərin təfərrüatları...

Ukrayna prezidenti Volodimir Zelenski dünən ABŞ-a səfər edib. ABŞ prezidenti Co Bayden və Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüşən Zelenski ABŞ Konqresində çıxış edib.

63a3e48867b0a95138248658.jpg (100 KB)

Hurriyyet.az xəbər verir k, Baydenlə görüşündə müdafiə dəstəyinin davam edəcəyi vədini alan Zelenski Vaşinqton səfərindən razı qalıb. Dünya mediası isə kritik görüşün arxasında aparılan gizli əməliyyatdan yazıb.

Fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsindən sonra ilk dəfə xaricə səfər edən liderin təhlükəsiz şəkildə Vaşinqtona çatmasını təmin etmək üçün NATO-nun casus təyyarələri və ABŞ döyüş təyyarələri hərəkətə keçib.

63a3e2d367b0a9513824864d.jpg (44 KB)

Təhlükəsizlik səbəbindən son ana qədər açıqlanmayan səfər Polşanın Rzesov şəhərində başlayıb. Ukrayna liderini Avropadan ABŞ-a yola salmaq üçün dünən yerli vaxtla saat 08:15-də ABŞ-ın Boeing C-40 hərbi-nəqliyyat təyyarəsi havaya qalxıb.

Havaya qalxmazdan bir saat əvvəl Almaniya Zelenskinin Rusiya sualtı qayıqlarının üzdüyü təhlükəli Şimal dənizinə asanlıqla keçməsi üçün Boeing AWACS casus təyyarəsi göndərib.

Ukrayna liderinin təyyarəsi İngiltərə üzərindən keçərkən Böyük Britaniya aviabazasından havaya qalxan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcıları uçuşu müşayiət edib.

63a3e40667b0a95138248651.jpg (37 KB)

Zelenskinin təyyarəsi Şotlandiyadan keçdikdən sonra F-15 qırıcıları Suffolk ştatının Mildenhalldakı bazasına qayıdıb.

ABŞ-ın NATO döyüş təyyarələri və casus təyyarələrinin iştirakı ilə həyata keçirilən əməliyyat uğurla başa çatıb. Zelenskini daşıyan təyyarə CEST saat 20.00 radələrində paytaxt Vaşinqtondakı Andrews Hərbi Hava Limanına eniş edib.

63a3e35467b0a9513824864f.jpg (116 KB)

63a3e43567b0a95138248653.jpg (94 KB)

Musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.163590