Saat:22:09
Haqqımızda

Zəka Mirzəyev iki müşavirini işdən çıxardı (FOTO)

2025-12-05 19:56:23

Zəka Mirzəyev iki müşavirini işdən çıxardı (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyəti sədrinin iki müşaviri işdən çıxarılıb. 

Hurriyyet.Az bildirir ki, Qaynarinfo-nun məlumatına görə, DSMF sədri Zəka Mirzəyevin müvafiq əmri ilə Tural Sədrəddin oğlu Məmmədzadə vəzifəsindən azad olunub. 

Əldə etdiyimiz digər məlumata görə, o, Maliyyə Nazirliyinə təyinat alıb. 

Sadıqov Müşfiq Eldəniz oğlu da DSMF sədrinin müşaviri vəzifəsindən azad edilib. 

Qeyd edək ki, bir neçə ay əvvəl DSMF sədrinin müşaviri Səmədov Orxan Pənah oğlu Fondun Mühasibat uçotu departamentinin, digər müşaviri Abdullayev Amin Razim oğlu isə Strateji planlaşdırma və investisiyalar departamentinin müdiri təyin ediliblər.

 

Aydın

 

Tural Məmmədzadə 

 

Müşfiq Sadıqov