Saat:21:27
Haqqımızda

Zəhərli göbələkləri necə ayırd etmək olar?

2024-11-05 15:44:42

Zəhərli göbələkləri necə ayırd etmək olar?

Ekspertlər son günlər baş verən zəhərlənmə hallarının səbəblərini açıqladı...

Göbələk meşə sahələrində, yol kənarlarında və ağacların dibində tez-tez rast gəlinən bitkidir. Ancaq göbələk görəndə ağlımıza gələn ilk “zəhərlidirmi?” sualdır. Adətən yeyilməsi məsləhət bilinməyən göbələkləri səhvən istehlak etdikdə zəhərlənmə baş verir. Çünki forma və rəng baxımından bir-birinə tam bənzəyən müxtəlif növ göbələklər var.

Dünyada 10 000-dən çox göbələk növü var, lakin onlardan yalnız 50-100-ü potensial zəhərlidir. Göbələk zəhərlənmələrinin böyük əksəriyyətində zəhərli təsirlər yüngül və ya orta dərəcədə şikayətlərlə nəticələnir və ölüm halları nadir hallarda baş verir. Eyni göbələk yeməyi yeyən insanların hamısı zəhərlənə bilməz. Bir insanın heç bir şikayəti olmadığı halda, digərində hətta ölümlə nəticələnə bilər.

Göbələklərdən zəhərlənmələr əlverişli şəraitin olduğu fəsillərdə, yəni payız və yaz aylarında tez-tez olur. Bu fəsillərdə yağış, günəş işığı, torpaq və temperatur şəraiti göbələk növlərinin inkişafı üçün lazımi şərait yaradır. Xəstələrin 80%-də qəbul edilən göbələk növü müəyyən edilə bilməz. Buna görə də mövcud simptomlar və şikayətlər diaqnozda vacibdir.

Qeyd edək ki, göbələklər zülal, karbohidrat, aminturşular, B, C, D, E, PP vitaminləri, fosfor, kalium, sink, dəmir, kalsium, yod mineralları və fol turşusu ilə zəngindir. Həmçinin, tərkibində yağlar az olduğu üçün azkalorili qida sayılır. Sink və B qrupu vitaminləri ilə zəngin olması sayəsində göbələyin istehlakı fiziki və zehni yorğunluğu, stresi aradan qaldırır.

Məsələ ilə bağlı qida təhlükəsizliyi üzrə eksper Seymur Qafarov “Hürriyyət”ə bildirdi ki,  insanların gündəlik qəbul etdiyi qidalar - tərəvəz, ət, dəniz yönümlü olmaqlar bir neçə qrupa bölünür: “Göbələk isə gündəlik istifadə olunan tərəvəz məhsulları içərisində həm mövsümü, həm də il boyu olaraq istifadə edilə bilər. Göbələklər turşu, qızardılmış və pörtlənmiş halda istehlak oluna bilər. Göbələyin pis faktorlarından biri də zəhərli qida olmasındadır. Zəhərli olduğunu da müəyyən etmək çox çətindir. Çünki bir çox zəhərli göbələklər yeməli göbələklərə oxşayır. Onlara fikir vermək mütləqdir.  Zəhərli göbələklər formasına və rənginə görə yeməli göbələklərə bənzəyirlər. Zəhərli göbələklərin papaq hissəsi parlaq və zolaqlı ola bilər. Zəhərli göbələklər qırmızı milçəkqıran”, gəlin göbələyi” olaraq da bilinir. Ağ göbələklər xüsusilə daha təhlükəlidir. Ağ göbələklər bəzən “ölüm mələyi” adlandırılır. Ağ rəngdə və çox zəhərli olur. İyisi isə pis və kimyəvi qoxuya malik ola bilər. Amma bəzi zəhərli göbələklər xoş iy verir. Bunun üçün qoxusu tək göstərici hesab olunmur. Bəzi göbələklər ağ və solğun olur. Diqqət yetirmək lazımdır ki, solğun olmasın. Bəzi göbələklər kəsildikdə süd kimi axıntı buraxır. Belə göbələklərin də bəzilər zəhərli ola bilər.

Ekspert deyir ki, istehlakçılar göbələk alarkən mütləq diqqətli olmalıdırlar: Yeməli göbələyin içərisinə bircə ədəd zəhərli göbələyin qarışması belə, zəhərlənməyə yol aça bilir. Ona görə də yol kənarında açıq satılan yox, qablaşdırılmış məhsullara üstünlük verilməlidir. Qablaşdırılmış məhsulu alarkən isə etiket məlumatları mütləq nəzərdən keçirilməlidir. Çünki yeməli göbələklər də bəzən zəhərlənməyə səbəb olur. Bu da məhsulun yararlılıq müddəti ötdükdə, düzgün şəraitdə saxlanmadıqda baş verir”.

Tibb üzrə fəlsəfə foktoru, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirir ki, əsasən iki növ zəhərli göbələk diqqəti cəlb edir: “Bunlar qırmızı papaqlı və ağ nöqtələri olan “milçəkqıran”dır. Papaqlı, uzunsov göbələk olan solğun əzvaydır. Solğun əzvayın 1 və ya 2 ədədi 10-15 nəfəri zəhərləyib öldürə bilər. “Milçəkqıran” zəhərli göbələklər içərisində ikinci yerdədir. Amma solğun əzvay zəhərlənmə cəhətdən daha üstündür. Zəhərlənmə maddələri daha zəngindir. 2-3 gün sonra təsiri başlayır.

Statistikaya görə, 95-98 faiz zəhərlənmənin qarşısını almaq mümkün deyildir. Çox vaxt da xoşagəlməz mənzərə ilə nəticələnir. Əsasən qida zəhərlənməsi zamanı birinci əlamətlər ürək bulanma, tək-tək hallarda qusma, qarın nahiyəsində köp, bir müddət şikayətlər özünü biruzə vermir. Ondan sonra şikayətlət aqressiv şəkildə dərinləşir. Həkimlərin səyinə baxmayaraq, vəziyyət daha da pisləşir.

Həkim vurğulayır ki, ilk yardım çox vacibdir: “Mədə zond vasitəsilə təmizlənməli, imalə olunmalıdır. Mütləq müayinələr olunub, tədbirlər başlamalıdır. Reanimasiya şəraitində tədbirlər davam olunmalıdır.

Aynurə İSMAYIL

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.225608