Saat:04:13
Haqqımızda

Zaxarova: "Qərb Ermənistanı bir oyuncaq kimi atacaq"

2024-04-18 14:59:14

Zaxarova:

Hurriyyet.az xəbər verir ki, RF XİN rəsmi təmsilçisi Mariya Zaxarova gündəlik brifinqdəki çıxışı zamanı Qərb ölkələrinin Ermənistanı regionda yeni münaqişələrin alovlanması üçün yeni alətə çevirəcəklərini deyib.
Zaxarova Ermənistanın Qərbin əlində oyuncağa çevrildiyinə işarə vuraraq deyib: "Oynayıb doyandan sonra onu bir kənara atacaqlar"
Zaxarova deyib: "Aşkardır ki, Vaşinqtonla Brüsselin qarşılarındakı məqsəd Rusiya ilə Ermənistan arasındakı bütün əlaqələri - həm təhlükəsizlik, həm də iqtisadiyyat sahəsindəki əlaqələri qırmaq, həmçinin KTMT və Avrasiya İqtisadi İttifaqı daxilindəki münasibətlərini pozmaqdır. Qərb ölkələri Cənubi Qafqazdakı yaxın qonşuların arasını vurmağa çalışırlar. Üstəlik burada Ermənistana yalnız bir vasitə, alət rolu verilib - onun köməyi ilə ABŞ ilə Aİ yeni böyük yanğın törətməyi planlaşdırırlar. Oynayıb qurtarandan sonra qərbçilər Ermənistanı atacaqlar".
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.187596