Zaxarova: “Moskva Bakıya diplomatik demarş elan edib”
2023-09-13 12:40:44

Hurriyyet.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Ukraynanın Rusiya tərəfindən işğal olunmuş rayonlarında keçirilən seçkilərlə bağlı bəyanatı ilə əlaqədar Moskva Bakıya diplomatik demarş elan edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Zaxarova deyib: “Azərbaycanın “Rusiya Federasiyasının yeni ərazilərində seçkilərlə bağlı bəyanatları qəbuledilməzdir və müttəfiqlik xarakterinə uyğun gəlmir”.
“Bakı Rusiyanın “ərazi bütövlüyü” məsələlərinə söhbət Azərbaycandan gələndə bizdən gözlədiyi hörmətlə yanaşmalıdır”.
Qeyd edək ki, Azərbaycan Rusiya və onun KTMT-dəki müttəfiqi Ermənistan kimi işğalçı və separatizm dəstəkçisi olmadığından bu müqayisə yersizdir.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya