Zaxarova: "MDBMİ-nin məzunları arasında Azərbaycan Prezidenti İlham Əliyev də var"
Zaxarova: "MDBMİ-nin məzunları arasında Azərbaycan Prezidenti İlham Əliyev də var"
"Oktyabrın 14-də Moskva Konservatoriyasının Böyük zalında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) 80 illik yubileyinə həsr olunmuş qala gecəsi keçiriləcək".
Hurriyyet.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
O xatırladıb ki, universitetin məzunları arasında Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də var.
Diplomatın sözlərinə görə, institut beynəlxalq məsələlər üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında böyük xidmətlər göstərib.
"MDBMİ məzunları Rusiya diplomatik xidmətinin onurğa sütununu təşkil edir və həm mərkəzi aparatda, həm də Rusiyanın xarici nümayəndəliklərində rəhbər vəzifələrdə çalışırlar", - deyə Zaxarova vurğulayıb.
Zaxarova MDBMİ-nin yubileyinin qeyd olunması çərçivəsində müxtəlif tematik tədbirlərin, konfransların və idman yarışlarının planlaşdırıldığını vurğulayıb.
Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində məzunlarla görüşlər keçirilir, ali məktəb haqqında sənədli film çəkilib.