Zaxarova Makronu Bakının mövqeyi ilə hesablaşmağa çağırdı - Moskvadan Parisə "Dublyorluq eləməyin!" mesajı
2023-08-30 17:56:48

Hurriyyet.az xəbər verir ki, Rusiya XİN mətbuat təmsilçisi Mariya Zaxarova brifinq zamanı Makronun açıqlamasını şərh edərkən Moskvanın RF-nin Ermənistanla Azərbaycan arasında münasibətləri normallaşdırmaq səylərinə dublyorluq etməyən, bu səylərə çarpaz və zidd olmayan istənilən təşəbbüsləri alqışladığını deyib.
Zaxarova deyib: “Digər tərəfdən Fransanın bu istiqamətdəki fəallığı yaxşı bəllidir. Bu cür vasitəçilik səyləri çərçivəsində hər iki tərəfin – həm Ermənistanın, həm də Azərbaycanın mövqelərini nəzərə almaq lazımdır. Bunsuz vəziyyətdə hansısa irəliləyiş olacağına ümid bəsləmək olmaz. Onsuz da vəziyyət yetərincə gərgindir”.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya