Zaxarova Litvanı HƏDƏLƏDİ

2022-06-21 23:57:00

Zaxarova Litvanı HƏDƏLƏDİ

"Litva hakimiyyəti Kalininqrada tranzitin məhdudlaşdırılmasının nəticələrinin ciddiliyini dərk etməlidir". 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Rəsmi Moskvanın cavabı nə ola bilər?" - sualına nazirliyin sözçüsü  "hələ  dəqiqləşdirməyib"- deyə cavab verib. Onun sözlərinə görə, əgər Rusiya bu cür hərəkətləri düşmənçilik adlandırıbsa, deməli, deməli artıq danışıqların mənası yoxdur.

“Mənə elə gəlir ki, onlar əsas şeyi başa düşməlidirlər: Rusiya Federasiyası qarşı tərəfə münasibətdə onun davranışını açıq-aşkar düşmən kimi xarakterizə edən bir söz deyəndə, nə danışmağa, nə də düsturlar tapmağa vaxt qalmır".

Qeyd edək ki, iyunun 18-dən Litva Avropa İttifaqının (Aİ) sanksiyalarına məruz qalan Rusiya mallarının öz dəmir yolu ilə daşınmasına qadağa qoyub. Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanov bildirib ki, məhdudiyyətlər regiona idxal və ixrac edilən malların 40-50%-nə təsir edə bilər. Cavab olaraq o, Baltikyanı ölkələrdə spirtli içkilərin etiketlənməsini qadağan etməyi təklif etdi.

Kreml Litvanın qərarını “hər şeyin və hamının pozulması” adlandırıb. Rusiya Xarici İşlər Nazirliyi Litvanın müvəqqəti işlər vəkili Virciniya Umbraseneni çağırıb, ona etiraz edilib.

Litva Xarici İşlər Nazirliyi bildirib ki, qadağa Avropa Komissiyası ilə məsləhətləşmələrdən sonra və onun rəhbərliyi altında tətbiq edilib.

Senator Andrey Klimov isə hədələyib ki, Aİ vəziyyəti düzəltməsə, Rusiyanın problemi “istənilən vasitə ilə” həll etmək üçün “əllərini açacaq”.\\Report


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya