Zaxarova İstanbulda əldə olunmuş daha bir razılaşmanı açıqladı
2025-05-28 22:30:31
.jpg)
Rusiya və Ukrayna İstanbulda sənədləri birbaşa mübadilə etmək və onları növbəti danışıqlar raundunda müzakirə etmək barədə razılığa gəliblər.
Hurriyyet.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O həmçinin qeyd edib ki, memorandum layihələrinin mübadiləsində ABŞ və ya digər ölkələrin vasitəçiliyi ilə bağlı heç bir razılaşma yoxdur.
