Zaxarova: “İrəvan Türkiyə ilə münasibət qurmaq üçün Rusiyadan vasitəçi olmağı xahiş edib”

2021-11-25 16:35:00

Zaxarova: “İrəvan Türkiyə ilə münasibət qurmaq üçün Rusiyadan vasitəçi olmağı xahiş edib”

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova rəsmi İrəvanın Moskvaya müraciət edərək, Ermənistanın Türkiyə ilə münasibətlərini normallaşdırmağına kömək etməsini xahiş elədiyi barəsində məlumatı təsdiqləyib və ölkəsinin buna razı olduğunu bildirib: “Bəli, Ermənistanın Rusiyaya müraciət edərək, İrəvan ilə Ankara arasında vasitəçi olmasını xahiş elədiyini təsdiqləyə bilərəm. Rusiya da bunda maraqlıdır və erməni-türk münasibətlərinin normallaşması prosesində səy göstərib. Ölkəmiz bundan sonra da hərtərəfli səy göstərməyə hazırdır. Hesab edirik ki, bu prosesin başlanması regionda ümumi vəziyyətin sağlamlaşdırılmasına kömək edəcəkdir”.

 

Hürr Tərcüman