Saat:07:56
Haqqımızda

Zaxarova: "Ermənistandakı Aİ missiyası NATO missiyasına çevrilir"

2024-04-03 15:30:23

Zaxarova:

Hurriyyet.az xəbər verir ki, RF XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova gündəlik brifinqdəki çıxışında Aİ-nin Ermənistandakı missiyasının NATO missiyasına çevrildiyini söyləyib.
Zaxarova deyib: "Qəbçilərin səyləri ilə Aİ-nin Ermənistandakı missiyası mahiyyətçə NATO missiyasına çevrilir. Bloka müəyyən tələbat nümayiş etdirmək üçün üzv ölkələrin liderləri anti-Rusiya isterikasını qızışdırır, ölkəmizlə hərbi münaqişəyə hazırlığa çağırır, aşkar iqtisadi problemlərin fonunda hərbi sənaye kompleksinə külli miqdarda vəsait yatırırlar".
Zaxarovanın sözlərinə görə, NATO müxtəlif ölkələrə - Serbiyaya, Ukraynaya çox vədlər verib.  
"Bu vədlərin kölgəsində dövlətçiliyin, cəmiyyətin, iqtisadiyyatın dağıdılmasına cəhdlər edilir. Bu vədlərə duruş gətirə bilən ölkələr özlərini qorumağı bacarıblar".
Zaxarova deyib: "Bunu bacarmayan, yaxud da istəməyənlər, məsələn Ukrayna kimilər - viran qalıblar".
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.199277