Zaxarova Ərdoğana irad tutan NATO rəhbərini “savadsız” adlandırdı

2023-01-24 23:05:00

Zaxarova Ərdoğana irad tutan NATO rəhbərini “savadsız” adlandırdı

Bəlli olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Stokholmdakı Türkiyə səfirliyi yaxınlığında Quran yandırıldıqdan sonra İsveçin NATO-ya üzv olmaq üçün Ankaranın dəstəyini gözləməməli olduğunu bildirib. Bundan sonra isə NATO-nun Baş katibi Yens Stoltenberq “Welt” telekanalına müsahibəsində Ərdoğona iradını bildirərək, ifadə azadlığının alyansın bütün ölkələri üçün dəyərli sərvət olduğunu söyləyib.

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin mətbuat təmsilçisi Mariya Zaxarova NATO-nun Baş katibinin Türkiyəyə iddialarını qınayıb. 

O,Teleqram kanalında yazıb: “Dini baxışlara hörmət – istəyə bağlı seçim deyil, öhdəlikdir”.

Zaxarova yazıb: “O, Quranın yandırılmasını nəzərdə tutur. Cəsur bəyanatdır. Yadda saxlayaq. Hələlik isə xatırladıram ki, dini baxışlara hörmət eləmək – istəyə bağlı seçim deyil, öhdəlikdir”.

Zaxarova beynəlxalq ictimaiyyətin dözülməzlik və ayrı-seçkiliyə qarşı durmaq öhdəliyini dəfələrlə öz üzərinə götürdüyünü qeyd edib, müvafiq sənədləri diqqətə çatdırıb: “Bu sənədlərin arasında BMT-nin 21 dekabr 1965-ci ildə qəbul edilmiş İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Beynəlxalq Konvensiyası (ICERD), BMT Baş Məclisinin 25 noyabr 1981-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş “Dinə və etiqada əsaslanan dözümsüzlüyün və ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasi haqqında bəyannamə”, 2010-cu ildə qəbul edilmiş “Avropa Şurası Demokratik Vətəndaşlıq və İnsan Huquqları Təhsili Xartiyası” var.  Bu sənədlərdə qəti şəkildə bildirilir ki, öz fikrini ifadə eləmək azadlığı hər hansı bir dini və ya dini ayinin ünvanına tənqidi və ya hətta saymaz ifadələr işlətməyə yol verilməsi hüququ demək deyil. O ki qalsın, müsəlmanlar üçün müqəddəs olan Kitabı yandırmaq. Stoltenberq bunu niyə bilmir? Çünki Avropadakı əsas vəzifələrə Qərb savadsız adamları təyin edir – onları idarə eləmək, bu yolla avropalıların əksəriyyətini manipulyasiya eləmək asandır”.

Mariya Zaxarova qeyd edib ki, əgər “anqlosaks dünyasının nəzarəti altında olan ölkələr” bütün qalan dünyanı mövcud olmayan cinsləri tanımağa məcbur edirlərsə, onlar “milyonlarla insanın zamanın sınağından çıxmış müqəddəs inanclarına hörmət eləməyə borcludurlar.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000101