Zaxarova: “Bu qərarı yalnız Bakı verə bilər”
2023-03-23 16:49:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiya XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova jurnalistlərin suallarını cavablandırarkən İrəvan hökumətinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda beynəlxalq missiya yerləşdirmək istəyinin icrasının yalnız rəsmi Bakının belə bir layihəyə razılıq verməsindən asılı olduğunu söyləyib. O, bu missiyanın suveren Azərbaycan Respulikasının ərazisinə gəlməsi ideyasının yalnız Ermənistan hakimiyyətinə məxsus olduğunu əlavə edib.
Hürr Tərcüman