Zaxarova: “Bu, Ermənistanın nümayişkaranə antirusiya jestidir”

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, RF XİN rəsmi təmsilçisi Mariya Zaxarova İrəvanın Maltada Ukrayna üzrə keçirilən Kopenhagen formatlı konfransda iştirakını “Ermənistanın nümayişkaranə antirusiya jesti” adlandırıb.
Zaxarova bu gün keçirilən brifinqdəki çıxışında deyib: “Maltadakı Kopenhagen formatı adlanan görüşdə iştirakdan danışırsınızsa, biz bunu rəsmi İrəvanın nümayişkaranə antirusiya jesti kimi qəbul edirik”.
Zaxarova deyib: “İrəvan Rusiyanın qəti əleyhdarları ilə nümayişkaranə dilxoşluq eləməsi barəsində özünə hesabat verməlidir. Təəssüf ki, respublikanın indiki rəhbərliyi məqsədyönlü şəkildə bizim müttəfiqlik münasibətlərimizi dağıdır, halbuki həmin münasibətlər bu yaxınlara kimi Ermənistanın sabitliyinin və çiçəklənməsinin ən mühüm faktoru olub”.
Hürr Tərcüman
