Zaxarova Azərbaycanda yaşayan rusiyalılara xəbərdarlıq etdi
2025-07-02 16:42:28

Hurriyyet.az xəbər verir ki, Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova Azərbaycanda yaşayan və ya ölkəmisəz səfərə hazırlaşan rusiyalılara xəbərdarlıq edib.
Zaxarova gündəlik brifinqdəki çıxışında deyib: "Səfər etməyə dəyərmi?", "Nə etmək lazımdır?", Azərbaycan televiziya kanallarının göstərdikləri, bu ölkənin informasiya agentliklərinin xəbər verdikləri məlumat şəraitində necə etməli sualını verənlərə deyirik ki, əlbəttə, əgər vətəndaşlarımız Azərbaycandadırlarsa, səfər planlaşdırırlarsa, mövcud şəraiti diqqətlə öyrənmək lazımdır. Yenə informasiya olarsa, sizinlə bölüşəcəyik".
Hürr Tərcüman
